postheadericon İzolyasiya

İzolyasiya enerji toplayan müəssisələrin ağır enerji yükünü optimal dərəcədə azaldan, tətbiqi sadə və maliyyə xərcləri aşağı olan enerji mühafizə sistemidir. Müasir dövrümüzdə bir çox izolyasiya materialları və hazırlanma texnologiyaları mövcuddur. Bütün bunları nəzərə alaraq, “Santexdetal ltd” şirkəti arasıkəsilmədən müasir texnologiyaları tətbiq edərək, ən son izolyasiya materiallarını tək-tək test etdikdən sonra izolyasiya işlərini yerinə yetirən Azərbaycan bazarında yeganə şirkətdir. İzolyasiyanın tətbiqi biznes sahəsində özünü ən tez doğruldan və hətta materiala qazandırdığı yüksək uzun ömürlülük nəticəsində ən uğurlu investisiyadır. Lakin bütün bunlarla yanaşı istilik və havalandırma borularının izolyasiyası uzun müddətli təcrübə və peşakarlıq tələb edir. Yanlış izolyasiya materialının seçilməsi və keyfiyyətsiz izolyasiya işlərinin görülməsi sizin sistemlərinizə heç bir fayda verməyərək, eyni zamanda sizlərə çox böyük maddi zərər vura bilər. Bütün bunları nəzərə alaraq, sizlərə şirkətimiz təcrübəsindən istifadə etməyi tövsiyə edirik.

“Santexdetal ltd” şirkəti müştərilərinə aşağıdakı izolyasiya işlərini yerinə yetirməyi təklif edir:

  • İstilik və soyutma sistemlərinin izolyasiyası
  • Havalandırma və kondisionerləşdirmə sistemlərinin izolyasiyası
  • Aliminium və qalvanik metal vərəqədən dekorativ izolyasiya
  • Akustik izolyasiya

Akustik İzolyasiya

Halhazırki dövrümüzdə şəhərlərin böyüməsi və yeni istehsal sahələrinin açılması ilə əlaqədar olaraq, artan hədsiz gurultulu səslər insanların rahatlığına mane olmaqdadır. Hətta hökümət təşkilatları, fövqəladə hallar nazirliyi, ekologiya və təbii sərvətlər nazirliyi belə hallarla rastlaşdıqda həmin sənaye obyektlərini yüksək məbləğdə cərimələyirlər. Bütün bunları nəzərə alaraq, sənayə obyektləri yaratdıqları belə gur səsləri azaltmalı və nəzarətdə saxlamalı gərəkdir. Məhz belə problemlərin həllində “Santexdetal ltd” şirkəti müştərilərinə daimi olaraq aşağıdakı yüksək keyfiyyətli akustik izolyasiya xidmətlərini təklif edir:

  • Generatorların akustik izolyasiyası
  • Soyuducu maşınların, çillerlərin akustik izolyasiyası
  • Mexaniki avadanlıqların yerləşdiyi texniki otaqların akustik izolyasiyası
  • Fabriklərin səsboğucu izolyasiyası

Santexdetal LTD şirkətinə xoş gəlmisiniz
Xəbərlərə abunə olun
Ümumi Məlumat

Geniş Xəritəyə Bax
"STD GROUP"
Səməd Vurğun küç. 20D AZ 5000 Sumqayıt, Azərbaycan
info@stdgroup-az.com
Tel:(+994 18) 64 8 62 32
(+994 50 ) 215 35 89 Free counters!