postheadericon Havalandırma Sistemləri

“Santexdetal ltd” şirkəti istənilən çətinlik səviyyəsində olan havalandırma işlərini görmək üçün nəzərdə tutulmuş müxtəlif çeşidli sertifikatlaşdırılmış dəzgah və avadanlıqlara malikdir. Bu avadanlıqların, 30 illik iş təcrübəsinə malik mühəndis və yüksək ixtisaslaşdırılmış işçi heyətinin sayəsində aşağıdakı havalandırılma sistemlərinin layihələndirilmə, hazırlanma və quraşdırılma işlərini yerinə yetirir:

  • İstənilən təyinatlı (sənaye və qida) istehsal sexlərinin havalandırma sistemləri,
  • Ağac emalı fabrikləri üçün toz toplama, filterləmə və digər havalandırma sistemləri,
  • Quşçuluq fermalarının və broylerlərin havalandırma sistemləri Müxtəlif təyinatlı anbarların havalandırma sistemləri,
  • Arxiv təyinatlı obyeklərin havalandırma sistemləri İdman və olimpiya komplekslərinin havalandırma sistemləri,
  • Zirzəmilərin, yeraltı keçidlərin və yeraltı qarajların havalandırma sistemləri,
  • Yüksək mərtəbəli binalarda tüstüdən təmizlənmə və digər havalandırma sistemləri,
  • Məişət binalarının, ticarət mərkəzlərinin, mehmanxanaların havalandırma sistemləri,
  • Kotteclərin və villaların havalandırma sistemləri,
  • Yaşayış mənzillərinin və ofislərin havalandırma sistemləri Hamam və saunaların havalandırma sistemləri.

İstehsal sexinin havalandırma sistemi

Ağac emalı fabriklərinin havalandırma sistemləri

Anbarların və qarajların havalandırma sistemləri

Mənzillərin və ofislərin havalandırma sistemləri

Arxiv təyinatlı obyektlərin havalandırma sistemləri

Adları çəkilən və əyani olaraq göstərilən hər bir havalandırma sistemləri müştərlərin texniki tələblərini, maliyyə vəziyyətlərini və istəklərini nəzərə alaraq, fərdi şəkildə layihələndirilir. Bizim şirkətin mühəndisləri sizlər üçün təyinatından asılı olmayaraq, istər bina, istərsə də, istehsal sexləri üçün tələb olunan avadanlıqların seçilməsində, havalandırma hesabatlarının aparılmasında lazım olan məsləhətləri təmənnasız olaraq verir

Santexdetal LTD şirkətinə xoş gəlmisiniz
Xəbərlərə abunə olun
Ümumi Məlumat

Geniş Xəritəyə Bax
"STD GROUP"
Səməd Vurğun küç. 20D AZ 5000 Sumqayıt, Azərbaycan
info@stdgroup-az.com
Tel:(+994 18) 64 8 62 32
(+994 50 ) 215 35 89 Free counters!