postheadericon Hava Boruları

“Santexdetal ltd” şirkəti müştərilərinə 0,5mm ÷ 5mm qalınlıqlı dördbucaqlı və silidrik hava borularının hazırlamasını təklif edir. Hava boruları sifarişçilərin istəklərinə uyğun olaraq fals və qaynaq birləşməli hazırlanır.

  • Silindrik hava boruları (fals birləşməli və spiral şəkilli)
  • Dördbucaqlı hava boruları
  • Qaynaq birləşməli hava boruları

Silindrik hava boruları

Silindrik hava boruları alüminium, sinklənmiş və paslanmayan polad vərəqə materiallarından istifadə edilməklə spiral şəkilli, fals və qanyaq birləşməli hazırlanır. Spiral şəkilli və fals birləşməli hava kanalları -30 ÷ 100ºC temperatur aralığında və 3000Pa təzyiqə qədər olan şəraitdə istifadə edilə bilər. Qaynaq birləşməli hazırlanan hava boruları isə daha yüksək temperaturlarda istifadə olunma imkanına malikdir. Hava borularımız hazırlandıqdan sonra istifadə olunan şəraitlərə uyğun olaraq, antipas və statik boya ilə də rənglənilir.

Dördbucaqlı hava boruları

Hava borularımız alüminium, sinklənmiş və paslanmayan polad vərəqə materiallarından istifadə etməklə, sərt müqavimətli künclüklü flans şəklində yüksək ölçü dəqiqliyində hazırlanır . Künclüklü flanslar hava borularına xüsusi avtomat dəzgahalarda qaynaqlanır, daha sonra künclük flans bağlantı nöqtələri silikonlanaraq hava sızılmasının qarşısı alınır və beləliklə, havalandırma sistemində məhsuldarlığı sabit saxlanılır. Tətbiq olunan belə flanslar montaj zamanı çevikliyi təmin edir və quraşdırılma vaxtını aşağı salır.

Qaynaq bİrləşməlİ hava boruları

Qaynaq birləşməli hava boruları əsasən yüksək temperatur şəraitində məsələn, süşə və metallurgiya sənayesində istifadə olunan peçlərin havalandırma sistemlərinin hazılanması zamanı istifadə olunur. Qaynaq birləşməli hava boruları eyni zamanda partlayış və yanğıntəhlükəsizliyi qatışıqlarının yerli sovurma sistemlərində, yaşayış və sənaye binalarının texniki mərtəbələrində

Santexdetal LTD şirkətinə xoş gəlmisiniz
Xəbərlərə abunə olun
Ümumi Məlumat

Geniş Xəritəyə Bax
"STD GROUP"
Səməd Vurğun küç. 20D AZ 5000 Sumqayıt, Azərbaycan
info@stdgroup-az.com
Tel:(+994 18) 64 8 62 32
(+994 50 ) 215 35 89 Free counters!